3 fevral 2025 at 18:27
Jurnalist kodu: 5564
Xəbər kodu: 85739261
T T
0 Persons

Tags

Pezeşkiyan: Regionun sərhədlərinin dəyişdirilməsi qətiyyən yolverilməzdir

Tehran - İRNA - Prezident region ölkələrinin ərazi bütövlüyünün qorunub saxlanmasını İran İslam Respublikasının xarici siyasətinin əsas prinsiplərindən biri kimi qeyd edərək deyib: “Regionda sərhədlərin dəyişdirilməsi heç bir halda qəbuledilməzdir. Regiondan kənar güclərin bəzi hərəkətləri region ölkələri arasında birlik və vəhdətin gücləndirilməsini və hər hansı fikir ayrılıqlarının qarşısının alınmasını zəruri edir.”

Məsud Pezeşkiyan bazar ertəsi Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə görüşündə İran və Azərbaycan arasındakı münasibətlərin qonşuluq münasibətlərinin tərkib hissələri ilə yanaşı, qardaşlıq və qohumluq münasibətlərinə də əsaslandığını bildirib, İran İslam Respublikasının müxtəlif iqtisadi, siyasi, mədəni, müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əlaqələrin gücləndirilməsində maraqlı olduğunu vurğulayaraq deyib: “Biz həmçinin ticarət və nəqliyyat sektorunda maneələrin sürətlə aradan qaldırılmasını vurğulayırıq və iki ölkə arasında təcrübə mübadiləsini və paylaşılmasını alqışlayırıq.”

İran İslam Respublikasının bütün İslam ölkələri arasında əlaqələr və sinerji inkişaf etdirməyə, İslam dünyasının gücünü artırmağa çalışdığını bəyan edən Pezeşkiyan deyib: “Ölkə daxilində harmoniya və empatiya yaratmaqla yanaşı, qonşu və İslam ölkələri ilə də əlaqələri inkişaf etdirmək istəyirik. Çünki inanırıq ki, müsəlmanlar arasında hər hansı ixtilaf düşmənlərin müdaxilə etməyə və təfriqə salmağa hərislənməsinə səbəb olacaq.”

Prezident daha sonra Səhiyyə və Tibbi Xidmət Nazirliyində vəzifədə olduğu dövrdə Azərbaycan Respublikasına səfərinə toxunaraq deyib: “Azərbaycana səfər etdiyim vaxt özümü vətənimdə hiss edirdim. Uyğun fürsətdə mütləq yenidən ölkənizə səfər edəcəyəm.”

Pezeşkiyan həmçinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevi Tehranda qəbul edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev də doktor Pezeşkiyanla görüşməkdən məmnunluğunu ifadə edib və İlham Əliyevin səmimi salamlarını Prezidentə çatdırıb, həmçinin onu İslam İnqilabının qələbəsinin 46-cı ildönümü münasibətilə təbrik edərək deyib: “İran İslam Respublikası Azərbaycanın dost və qardaş ölkəsi kimi bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz iki ölkə arasında münasibətlərin səviyyəsini yüksəltmək istəyirik və xoşbəxtlikdən bu gün bu məqsəd üçün zəmin vardır.”

Azərbaycan Prezidentinin köməkçisi deyib: “Əminliklə deyə bilərəm ki, İran İslam Respublikası ilə qonşu olan ölkələr arasında Azərbaycan Respublikası İranla əməkdaşlıq və əlaqələri inkişaf etdirməkdə ən əzmkar olanlardan biridir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .